Tanınmış Şəxsiyətlər
Heydər Əliyev
1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, birinci müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək sovet dövrü ierarxiyasına uyğun olaraq respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur.
Heydər Əliyev 20 il ərzində SSRİ Ali Sovetinin deputatı, 5 il isə SSRİ Ali Soveti sədrinin müavini olmuşdur.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün AzərbaycanınMoskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.r.
Mikayıl Müşfiq
Əmək fəaliyyətinə pedaqoq kimi başlamışdır. Bakı orta məktəblərində yeddi il müəllimlik etmişdir. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olmuşdur (bu məktəb indi onun adını daşıyır).
Poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şerilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. İlk kitabı-"Küləklər" 1930-cu ildə nəşr olunmuşdur.
O, bədii tərcümə ilə də ciddi məşğul olmuşdur. 1930-1937-ci illərdə onun beş tərcümə kitabı nəşr edilmişdir. Bunlar A.S.Puşkinin"Qaraçılar" (Ş.Abbasovla birlikdə),Taras Şevçenkonun "Kobzar"(Əhməd Cavadla birlikdə),Yegişe Çarensin "Şeirlər", S.Y.Marşakın "Huşsuza bax,huşsuza", M.F.Axundovun "A.S.Puşkinin ölümünə şərq poeması" kitablarıdır. 1931-1937-ci illərdə Dilbər Axundzadə ilə ailə həyatı sürmüşdür. 1968-ci ildə Bakıda Dilbər Axundzadənin "Müşfiqli günlərim" adlı xatirələr kitabı nəşr olunmuşdur. Kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə "Gənclik" nəşriyyatında işıq üzü görmüşdür.
1938-ci il 6 yanvarda cəza tədbirləri dövründə güllələnmişdir. Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulmuş, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilmişdir.
Mikayıl Müşfiqin Bakıda yaşadığı binanın (Süleyman Rəhimov küç., 108) qarşısına xatirə lövhəsi vurulmuşdur.
Müşfiqin "Yenə o bağ olaydı", Oxu, tar" və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sı
rasındadır.
Üzeyir Hacıbəyov
Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində anadan olmuşdur. Üzeyirin atası Əbdülhüseyn Molla Məhəmməd oğlu Hacıbəyov öz dövrünün savadlı, ziyalı şəxslərindən biri idi. O, XIX əsrin tanınmış dövlət xadimi və şairə, Qarabağ xanlarının varisi Xurşidbanu Natəvanın mirzəsi olmuş və onun Ağcabədidəki təsərrüfatına başçılıq etmişdir. Üzeyirin anası Şirinbəyim xanım Qarabağdaməşhur Əliverdibəyovlar nəslindən idi. Üzeyir Hacıbəyov ailədə üç qardaş, iki bacı olublar. Oğlanları Zülfüqar, Üzeyir və Ceyhunun gələcəkdə ədəbi və musiqi istedadının formalaşmasında ailənin böyük rolu olmuşdur.
Üzeyirdən başqa uşaqların hamısı Şuşada doğulub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının da öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyn Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirdi. Ona görə də ilin çox hissəsini orda keçirirdi. Şirin xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib yoldaşına baş çəkmək, sonra yenidən Şuşaya qayıtmaq qərarına gəlir. Bacılarına baş cəkmək üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir. Şirin xanımı 8 bacının hərəsi bir az öz evində qonaq saxlayır. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olacaq bu oğlanı elə Ağcabədidə dünyaya gətirir. 1 aydan sonra isə dəvənin üstündə kəcavə düzəldib, Şirin xanımı Üzeyirlə birgə Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşaya gətirirlər.
Valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra Üzeyir ilk təhsilini buradakı iki sinifli rus-türk məktəbində almışdır. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəyovun musiqi tərbiyəsinə müstəsna təsir göstərmişdir. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı Ağalar bəy Əliverdibəyov olmuşdur. Üzeyir bəyin dayısı Ağalar bəy Əliverdibəyov həm də Şövkət Ələkbərovanın ilk muğamat müəllimi olmuşdur.

Qara Qarayev
Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəz Qarayevin və Sona xanım İskəndər qızının ailəsində anadan olmuşdur. Qara Qarayev nəslində özünü musiqi sənətinə həsr eləmiş ilk adamdır. Ata tərəfi Abşeronun Fatmayi kəndindən, ana babası İskəndər bəy Axundov isə Şamaxının məşhur nəsillərindən idi. Bu ailə 20-ci əsrin Bakı ziyalıları kimi çox da zəngin deyildi.[1] 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilmiş, 1930–cu ildən Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi texnikumunda professor Georgi Şaroyevin fortepiano sinfinin tələbəsi, 1935–ci ildən isə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq (Leopold Rudolf) və Azərbaycan xalq musiqisinin əsasları (Üzeyir Hacıbəyov) siniflərinin tələbəsi olmuşdur.
1937–ci ildən Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul edilmişdir. 1938–ci ildən 1940-cı ilədək P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinin (A.N.Aleksandrov) tələbəsi olmuş, 1941–ci ildə Bakıya qayıdaraq Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsini tutmuşdur. 944–cü ildə Azərbaycan Bəstakarlar İttifaqının idarə heyəti sədrinin müavini və yenidən 1946-cı ilədək Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinin (Dmitri Şostakoviç) tələbəsi olmuşdur.
1946–cı ildən Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfində müəllim kimi işə başlamış, elə həmin il Cövdət Hacıyevlə birlikdə yazılmış "Vətən" operasına görə SSRİ Dövlət mükafatı laureatı olmuş, SSRİ Bəstəkarlar İttifaqı təşkilatı komitəsinin üzvü seçilmiş və "Əməkdə igidliyinə görə" medalı ilə mükafatlandırılmışdır.
1948–ci ildə SSRİ Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü seçilmiş, Azərbaycan Dövlət Konservatoriyasının dosenti, "Leyli və Məcnun" simfonik poemasına görə Dövlət mükafatı laureatı olmuş və Azərbaycan Elmlər Akademiyasının memarlıq və incəsənət İnstitutunun musiqi bölməsinə rəhbərlik etməyə başlamışdır. 1949-1953-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasının direktoru olmuşdur. 1950–ci ildə SSRİ Nazirlər Soveti yanında SSRİ Dövlət mükafatları üzrə komitənin üzvü təyin edilmiş, 1952–ci ildə Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri seçilmişdir.
1953–cü ildə Leninqrad Dövlət Kiçik ("Malıy") opera teatrında "Yeddi gözəl" baletinin ilk tamaşası qoyulmuşdur.
1954–1982-ci illərdə SSRİ Lenin və Dövlət mükafatları komitəsinin üzvü, 1955–ci ildə Azərbaycan SSR-in əməkdar incəsənət xadimi, 1958–ci ildə Azərbaycan SSR xalq artisti adlarını almışdır.
Səməd Vurğun
Səməd Yusif oğlu Vəkilov 21 mart 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub ailədə anadan olmuşdur. Kosalı ağaları, sonradan isə Vəkilovlar adlanan nəslin azı 400 illik tarixi məlumdur. Şairin anası da həmin nəsildəndir. Atası Yusif ağa kənddə, ömrünün son illərini isə Qazax şəhərində yaşamışdır. Gözəl saz ifaçısı olması məlumdur. Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ibtidai təhsilini kəndəki rus-tatar məktəbində almışdır.
Onun 6 yaşı olarkən anası Məhbub xanım 28 yaşında vəfat edir. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyüyür. Şairin ana babası Mehdixan ağa Köhənsal təxəllüsü ilə tanınan el şairi idi. Şairin ana nənəsi Aişə xanım görkəmli Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqifin nəslindən idi.
1918-ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək, Qazax müəllimlər seminariyasını təşkil edir. Bu məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov(1902-1975) qardaşları da var idi. Mehdixan Vəkilov Səmədin böyük və yeganə qardaşı olmuşdur. Qardaşı Hacıməmməd və bacısı Nabat isə uşaq yaşlarında vəfat etmişdilər. Firudin bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım Köçərli də şairin yaxın qohumu idi.
Səməd Vurğun seminariyanı bitirdikdən sonra (1924) Qazax, Quba və Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayır.1920-1930 illərdə şairin səsi ciddi surətdə ədəbi mühitin və geniş oxucu kütlələrinin nəzərini cəlb edir. 1930-cu illərdə o, Aleksandr Puşkinin "Yevgeni Onegin", Maksim Qorkinin "Qız və ölüm", Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan", Nizami Gəncəvinin"Leyli və Məcnun" əsərlərini Azərbaycan dilinə tərcümə edir.
Əhməd Cavad
Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olmuşdur. Gəncə ruhani seminariyasında (1906-1912), Azərbaycan ali pedaqoji institutunun tarix və filologiya fakültəsində (1922-1927) təhsil almışdır. Quba Xalq Maarif şöbəsinin müdiri (1920-1922), Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930-1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), "Azərbaycanfilm" studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-1936) işləmişdir.
Şeirləri 1913-cü ildən çap edilmişdir. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-cı ildə "Qoşma" adlı ilk kitabı çapdan çıxmışdır. 1919-cu ildə isə "Dalğa" adlı kitabı nəşr olunmuşdur. Onun məşhur "İstiqlal uğrunda şeirlər" kitabı isə 1928-ci ildə İstanbulda buraxılmışdır.
Aleksandr Puşkin Rus romantik ədəbiyyatının görkəmli nümayəndəsi olan Puşkin Rusiyanın "ən böyük şairi" və müasir rus ədəbiyyatının banisi sayılır.Əsərlərində xalq danışıq dilindən geniş istifadə etməklə həm doğma dilini zənginləşdirmiş, həm də rus ədəbiyyatına dram, xalq qəhrəmanlıq dastanları və satira kimi həm şifahi-xalq, həm də yazılı ədəbiyyat janrlarının üzvi sintezindən yaratmış olduğu yeni bir üslub gətirmişdir.Moskvada anadan olan Puşkin ilk şeirini on dörd yaşında ikən yazmış və artıq Çarskoye Selo Liseyini bitirdiyi illərdə adı Rusiya ədəbi dairələrində tanınmağa başlamışdır. Puşkin sonrakı illərdə sosial islahatlar ideyasına qoşulur və ədəbi-inqilabi dairələrdə mahir natiq kimi tanınmağa başlayır. 1820-ci illərdə onun sosial-siyasi fikirləri Rusiya hakim dairələrinin ciddi narahatçılığına səbəb olur və nəticədə o, imperiyanın ucqar cənub əyalətlərinə sürgün edilir.Ciddi nəzarət altında olmasına baxmayaraq, özünün ən məşhur "Boris Qodunov" dramını məhz bu illərdə yazır. "Yevgeni Onegin" şeir-poeması isə 1825-1832-ci illərdə dövri şəkildə çap olunur.Puşkin 1831-ci ildə evləndiyi həyat yoldaşı Nataliya Qonçarova ilə birgə sonralar saray cəmiyyətinin yaxın üzvünə çevrilir. 1837-ci ildə ali cəmiyyət üzvləri arasında yoldaşının şairə xəyanət etməsi haqqında ardı-arası kəsilməyən şayiələr dolaşmağa başlayır. Puşkin bu şayiələrlə bağlı adı həyat yoldaşı ilə birgə hallanan Jorj Dantes ailəsinə təhqiramiz məktub yazır. Buna cavab olaraq fransız zabiti Dantes Puşkini duelə çağırır. Puşkin bu dueldə o dövr üçün ölümcül sayılan yara alır. Belə ki, güllə onun bud sümüyünün başına dəyərək qarnına daxil olur və şair iki gün sonra, 29 yanvar (10 fevral) 1837-ci ildə peritonitdən vəfat edir.Dahi şairin ölümü dünya ədəbiyyatını kədər içində boğur. Azərbaycan dramaturqu Mirzə Fətəli Axundov şairin ölümünə şeir-mərsiyəhəsr edir.
Puşkin Şərq mövzusundakı əsərlərində qəzəl formasından istifadə etmişdir.
Mark Tven
On səkkiz yaşına gəldiyində dünyanı kəşf etmə arzusunda bir gənc olaraq ABŞ-ın müxtəlif əyalətlərini gəzməyə başladı, bu vaxt müxtəlif mətbəələrdə işlədi. Dörd il sonra Missuriyə döndüyündə Mississippi Çayındakı buxarlı gəmilərdə kapitanlıq etmək istədi. Kapitanlıq imtahanlarına hazırlıq üçün səylə calışırdı. çayın hər yerini öyrənməsi iki ilini almışdır. Özünə bu işdə Henry adındakı qardaşı yoldaşlıq edirdi. Bir gecə yuxusunda qardaşının çalışdığı gəminin yanmasını və ölümünü görməsi və bu hadisənin 1858-ci ildə eynilə yuxusundakı kimi reallaşması onu çox təsir etdi. Qardaşının ölümündən bir parça özünü günahkar saydı və bu hadisədən sonra parapsixologiya ilə maraqlandı.24 yaşında kapitanlıq səlahiyyətini öz üzərinə götürdü və Amerikan Vətəndaş müharibəsi çıxıb çay gəzintiləri qadağan edilənə qədər çayda kapitanlıq etdi. Döyüşə könüllü olaraq qatıldı, ancaq 14 gündəlik əsgəri təhsildən sonra ordudan ayrılıb Nevadada qubernator olan böyük qardaşı Orionun yanına getdi. Qardaşı ilə birlikdə bir müddət məktub avtomobiliylə bölgəni gəzdikdən sonra zəngin olma xəyaliylə mədənçilik etdi. Mədənçilik işi müvəffəqiyyətsizliklə nəticələndi