Evrising

Maraqlı məlumatlar

Xeops Ehramı

Misirdə yerləşən piramidaların daşları təxminən 2 ton ağırlığında olduğu hesab edilir və bu möhtəşəm piramidaları keçmişdə tikmək çətin olduğu üçün piramidaları "Dünyanın yeddi möcüzəsi"ndən biri kimi qələmə almışlar. Xeops ehramının tikintisinə dər biri 2,5 ton olan 2 300 000 ədəd daş sərf olunmuşdur. İlk piramida firon Coserə məxsus olmuşdur. Həmin piramidanın hündürlüyü 60 metr olmuşdur. Ən hündür piramida isə firon Xeopsa aid olmuşdur. Bu piramidanın hündürlüyü isə 147 metrdir. Herodotun verdiyi məlumata görə Xeops ehramı 20 ilə tikilmişdir. Ehramın tikintisinə firon yaşıyan zaman başlanılırdı. Ehramların ətrafında əyanlar dəfn olunurdular. Ehramlar ilə yanaşı burada qayadan yonulmuş 20 metr hündürlüyündə böyük Sfinks (başı insan başı, bədəni aslan bədəni) heykəli qoyulmuşdur. Onu "Dəhşətlər atası" adlandırırdılar.               Semiramidanın asma bağları — dünyanın 7 möcüzəsindən biri. Dünyanın 2-ci möcüzəsi olan Semiramidanın asma bağları qədim Şərqin ən böyük və zəngin şəhəri olan Babildə idi. Əfsanəyə görə, bu bağlar Assuriya məlaikəsi Semiramidanın əmri ilə yaradılmışdı. Əslində isə bu bağların yaradılmasını e.ə. VII əsrdə padşah Navuxodonosor əmr etmişdi. Qaynaqlarda göstərilir ki, bu hökmdar çox müstəbid olub. Məlumdur ki, müstəbidlər hamıya qarşı olmasa da, ayrı-ayrı adamlara qarşı nəcib hərəkətlər ediblər. O, Midiya şahının qızı Semiramida ilə evlənir. Onu Babilə gətirir. Həddən artıq sevir. Lakin Semiramida toz-torpaqlı Babildə təmiz havaya, yarpaq xışıltısına həsrət qalır. Bunu hökmdar da hiss edir. Ancaq o, öz paytaxtını Midiyanın yaşıl təpələrinə köçürmür. Heç kimin görə bilmədiyi işi görür. Midiyanın zümrüd meşələrinin ətrini qədim vadinin mərkəzinə gətirir.

Məlikənin - Semiramidanın şərəfinə salınan bu bağların gerçəkləşməsi üçün şahlığın bütün qüvvələri hərəkətə gətirilir. Dövrün təcrübəli inşaatçıları, mühəndisləri bu işə cəlb olunur. Hökmdar dünyada ilk dəfə olaraq möhtəşəm məhəbbət abidəsi yaradır. Salınan Bağlar "Semiramida bağları" adı ilə məşhurlaşır və tarixin yaddaşında daşlaşır. Lakin yaddaşlarda, hafizələrdə qalan və dillərdə dolaşan bir fikir də var ki, məlikə öz adını daşıyan bu qəsrdə heç vaxt yaşamayıb.

Babilistan inşaatçılarının saldığı bu bağlar dörd yarusdan ibarət olub. Yarusların tağları iyirmi beş metr hündürlüyündə sütunlara söykənib. Meydançalara yastı daşlar, qır qarışıqlı, qurğuşun təbəqəli bir qat qamış döşədilib. Bu belə edilib ki, su aşağı yarusa keçməsin. Bütün bunlardan sonra torpaq qatı gəlib. Torpaq qatı çox qalın olub. O qədər qalın olub ki, orada iri ağaclar bitə bilib. Yaruslar pillə-pillə qalxır, əlvan daşlardan hörülmüş əydəmli pilləkənlər bir-biri ilə birləşir.

Nəhayət, tikinti başa çatır. Kərpic kürələrinin tüstüsü kəsməmiş, saysız-hesabsız araba karvanları hərəkətə gətirilir. Fərat çayının axarından münbit torpaq daşımağa başlayır. Şimaldan nadir bitki və kol toxumu, ağac tingləri gətirilir.

Artemida məbədi 

Tanrı Artemis adına ilk türbə e.ə. 800-cü illərdə Efesdəki nəhrin yaxınlığındakı bataqlıq sahildə qurulmuşdur. Bəzən Diana da deyilən Efes tanrısı Artemida, yunan Artemidası ilə eyni deyildir. Yunan Artemidası ov tanrısıydı. Efes Artemidası isə belindən çiyinlərinə qədər bərəkət və doğruluq tanrısıydı.Bizanslı Filon "Babilin Asma Bağlarını, Olimpdə Zevsin heykəliniRodos Nəhəngini, yüksək Misir piramidaların qüdrətini və Mausoleusunməzarını gördüm. Amma buludlara doğru ucalan Efesdəki məbədi gördükdə, digərlərinin hamısının kölgədə qaldığını hiss etdim" deyə yazmışdır.

Bu qədim məbəddə tamamilə yupiterdən düşən bir meteorit olduğu təxmin olunan müqəddəs bir daş vardı. Məbəd, sonrakı yüzilliklərdə bir neçə dəfə dağıdılmış və yenidən inşa edilmişdir. M.Ö. 600-ci illərdə Efes böyük bir ticarət limanı şəhərinə çevrildi və Chersiphron adlı bir memar yüksək daş sütünları olan yeni və böyük bir məbəd inşa etdi.

Lidya kralı Croesus, M.Ö. 550-ci ildə də Efesi ve Anadoludakı digər yunan şəhərlərini fəth etdi. Bu döyüş zamanı məbəd dağıdıldı. Croesus, memar Theodorusa əvvəlkilərin hamısını kölgədə qoyan yeni bir məbəd tikdirdi. Yeni məbəd əvvəlkindən 4 mərtəbə, 90 metrə yüksəklikdə ve 45 metrə enlikdə böyük idi. Məbədin damı yüzdən çox daş sütunla dəstəklənirdi.

M.Ö. 356-cı ildə Herostratus adlı biri tərəfindən törədilən yanğın nəticəsində yanıb dağılır. Bundan qısa zaman sonra isə dövrünün ən tanınmış heykəltəraşı olan Skopaslı Paros tərəfindən yeni bir məbəd tikilir. Romalı tarixçi Plinyə görə yeni məbəd 130 metrə uzunluqda və 68 metrə enlikdə idi. Tavanı, yüksəkliyi 18 metrə olan 127 ədət sütun dəstəkləyirdi. İnşaat 120 il sürmüşdü. Makedoniyalı İsgəndər M.Ö. 333-cü ildə Efesə gələndə məbədin inşası hələ də davam edirdi. Yeni məbəd, yunan məbədləri içərisində o zamana qədər tikilən ən böyük tikinti idi. Məbədin başqa xüsussiyyəti onun tamamilə mərmərdən tikilməsi idi.

Eramızın 57-ci ilində Müqqəddəs Paul xristianlığı yaymaq üçün Efesə gəldi. O, o qədər uğurlu oldu ki bundan sonra şəhərin dəmirçisi ve məbəddəki heykəllərin sahiblərindən birisi olan Demetrius böyük bir qorxuya düşdü. Çünkü Demetrius məbəddəki heykəllərin bir qisminin sahibiydi və hər il məbədə hacca gələnlərdən yaxşı bir gəliri vardı ve insanların dinini dəyişdirməsi demək olar ki onun qazancını əlindən alırdı.

Digər insanları da ətrafına yığan Demetrius həyəcanla və "Yaşasın Efeslilərin Artemisi" deyərək bütün xalqı öz ətrafına toplayır və dərhalMüqəddəs Paulun yardımcılarından ikisini tuturlar. Bunun ardınca üsyan baş verir. Nəticədə Müqəddəs Paul tutulmuş köməkçiləri ilə birlikdəMakedoniyaya qayıdır.

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol